https://news.day.az/azerinews/1851452.html Polis ötən gün 23 kiloqrama yaxın narkotik və 8 ədəd odlu silah aşkarlayıb İyulun 31-də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə, həmçinin 8 ədəd odlu silah aşkar edilərək götürülüb.

Polis ötən gün 23 kiloqrama yaxın narkotik və 8 ədəd odlu silah aşkarlayıb

Azərbaycanca, 1 августа 2026 10:46 (UTC +04:00) 176
Polis ötən gün 23 kiloqrama yaxın narkotik və 8 ədəd odlu silah aşkarlayıb

İyulun 31-də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə, həmçinin 8 ədəd odlu silah aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında həyata keçirilən tədbirlər nəticəsində 5 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 31-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Həmçinin polis əməkdaşlarının iyulun 31-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости