https://news.day.az/azerinews/1851497.html İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğurluq faktı qeydə alınıb.

İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı

Azərbaycanca, 1 августа 2026 13:35 (UTC +04:00) 179
İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı

İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğurluq faktı qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu mağazadan 2169 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə talandığını bildirib.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı S.Cabbarov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin çalışdığı mağazadan hissə-hissə oğurladığı məhsulları satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости