https://news.day.az/azerinews/1858526.html İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycanca, 8 сентября 2026 12:51 (UTC +04:00) 196
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Day.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, sentyabrın 6-da Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli "Metadon M-40" həbi aşkarlanıb.

Bildirilib ki, saat 01:30-da İran İslam Respublikasından Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd "Metadon M-40" həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Saat 04:10-da isə paraplan vasitəsilə ölkə ərazisinə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli "Metadon M-40" həbi aşkarlanıb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости