https://news.day.az/azerinews/1863956.html Gəncədə şagirdlər zəhərləniblər Gəncədə orta məktəblərdən birində zəhərlənmə hadisəsi baş verib. TƏBİB-dən verilən məlumata görə, oktyabrın 1-də saat 12:30 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər qadın cinsli şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Gəncədə şagirdlər zəhərləniblər

Azərbaycanca, 1 октября 2026 14:25 (UTC +04:00) 256
Gəncədə şagirdlər zəhərləniblər

Gəncədə orta məktəblərdən birində zəhərlənmə hadisəsi baş verib.

TƏBİB-dən verilən məlumata görə, oktyabrın 1-də saat 12:30 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər qadın cinsli şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətə götürülüb.

Agentliyin mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости