https://news.day.az/azerinews/1869965.html Azərbaycan Niderland şirkəti ilə logistika və investisiya əməkdaşlığını müzakirə edib - FOTO Azərbaycan və Niderlandın "C. Steinweg Group" şirkəti arasında logistika və investisiya əməkdaşlığını müzakirə edilib. Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib. "Beynəlxalq logistika, yükdaşıma və liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın "C.

Azərbaycan Niderland şirkəti ilə logistika və investisiya əməkdaşlığını müzakirə edib - FOTO

Azərbaycanca, 27 октября 2026 13:39 (UTC +04:00) 190
Azərbaycan Niderland şirkəti ilə logistika və investisiya əməkdaşlığını müzakirə edib

Azərbaycan və Niderlandın "C. Steinweg Group" şirkəti arasında logistika və investisiya əməkdaşlığını müzakirə edilib.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Beynəlxalq logistika, yükdaşıma və liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın "C. Steinweg Group" şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüş keçirdik.

Görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanlarını müzakirə etdik.

Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

  • Azərbaycan Niderland şirkəti ilə logistika və investisiya əməkdaşlığını müzakirə edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости