https://news.day.az/azerinews/1869970.html Braziliyada təyyarə uşaq bağçasına çırpılıb - FOTO Braziliyada kiçik mühərrikli təyyarə uşaq bağçasının binasına çırpılıb. Hadisə nəticəsində pilot xəsarət alıb, uşaqlar və bağçanın əməkdaşları arasında xəsarət alan olmayıb. Bu barədə "TV Real SBT" məlumat yayıb. Hadisə Mato-Qrosso ştatının Kampu-Verdi şəhərində baş verib.

Braziliyada təyyarə uşaq bağçasına çırpılıb - FOTO

Azərbaycanca, 27 октября 2026 13:50 (UTC +04:00) 186
Braziliyada təyyarə uşaq bağçasına çırpılıb

Braziliyada kiçik mühərrikli təyyarə uşaq bağçasının binasına çırpılıb. Hadisə nəticəsində pilot xəsarət alıb, uşaqlar və bağçanın əməkdaşları arasında xəsarət alan olmayıb.

Bu barədə "TV Real SBT" məlumat yayıb.

Hadisə Mato-Qrosso ştatının Kampu-Verdi şəhərində baş verib. Kənd təsərrüfatı təyinatlı təyyarə Cora Coralina uşaq bağçasının ərazisinə düşüb. Həmin vaxt təyyarənin çırpıldığı otaqda uşaqlar olmayıb.

 

28 yaşlı pilot hadisə yerindən xilas edilərək xəstəxanaya çatdırılıb. O, başından və döş qəfəsindən xəsarətlər alıb.

Təyyarənin düşməsi nəticəsində binaya ciddi maddi ziyan dəyib. Yanacaq sızması səbəbindən ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.

Hadisənin səbəbləri araşdırılır.

  • Braziliyada təyyarə uşaq bağçasına çırpılıb
  • Braziliyada təyyarə uşaq bağçasına çırpılıb
  • Braziliyada təyyarə uşaq bağçasına çırpılıb
  • Braziliyada təyyarə uşaq bağçasına çırpılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости