https://news.day.az/azerinews/1871160.html Fransada yeni iğtişaşların qarşısını almaq üçün 70 min polis səfərbər edilib Fransada yaşayış xərcləri, dövlət xidmətləri və hökumətin siyasətindən narazılıq səbəbilə keçirilən etiraz aksiyaları fonunda mümkün iğtişaşların qarşısını almaq üçün 70 min polis əməkdaşı səfərbər edilib.

Fransada yeni iğtişaşların qarşısını almaq üçün 70 min polis səfərbər edilib

Azərbaycanca, 31 октября 2026 17:38 (UTC +04:00) 376
Fransada yeni iğtişaşların qarşısını almaq üçün 70 min polis səfərbər edilib

Fransada yaşayış xərcləri, dövlət xidmətləri və hökumətin siyasətindən narazılıq səbəbilə keçirilən etiraz aksiyaları fonunda mümkün iğtişaşların qarşısını almaq üçün 70 min polis əməkdaşı səfərbər edilib.

Day.Az xəbər verir ki, "Reuters"in məlumatına görə, Fransanın daxili işlər naziri Laurent Nunez hər hansı qarışıqlığa qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Onun sözlərinə görə, ölkə üzrə təxminən 150 nümayiş və toplantının keçirilməsi planlaşdırılır. Hakimiyyət orqanları iğtişaş iştirakçılarının şəxsiyyətlərini gizlətmək üçün "Halloween" maskalarından istifadə edə biləcəyindən də ehtiyatlanır.

Qeyd edək ki, etirazlar sentyabrın sonlarında 2027-ci il dövlət büdcəsi ilə bağlı müzakirələr fonunda genişlənib. Aksiyalara tələbələr, həmkarlar ittifaqları və "Sarı jiletlilər" hərəkatının nümayəndələri qoşulub.

Əvvəlki iğtişaşlar zamanı Fransanın müxtəlif şəhərlərində mağazalara, ictimai binalara və müəssisələrə ziyan dəyib. Ticarət Palatasının hesablamalarına görə, pərakəndə satış sektorunun itkiləri 1 milyard avronu ötüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости