https://news.day.az/azerinews/1871245.html Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz

Azərbaycanca, 1 ноября 2026 14:38 (UTC +04:00) 339
Ayın 2-də yağış yağacaq, qara keçəcək

Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. 

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. 

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

Noyabrın 2-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости