https://news.day.az/azerinews/751040.html Azərbaycanda daha iki nəfər itkin düşdü - FOTO

Azərbaycanda daha iki nəfər itkin düşdü - FOTO

Azərbaycanca, 19 февраля 2016 12:35 (UTC +04:00) 1 722
Azərbaycanda daha iki nəfər itkin düşdü

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda 20 yaşlı qız və 43 yaşlı kişi itkin düşüb.

DİN-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 20.10.1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı 11.01.2016-cı il tarixdə Bərdə şəhərində, 13.12.1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə 23.01.2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.

İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu isə 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.

Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Azərbaycanda daha iki nəfər itkin düşdü
  • Azərbaycanda daha iki nəfər itkin düşdü
  • Azərbaycanda daha iki nəfər itkin düşdü
  • Azərbaycanda daha iki nəfər itkin düşdü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости