Bakıda itkin düşən məktəbli bacı-qardaşdan xəbər var

Day.Az представляет новость на азербайджанском языке

---------
10:28

Bakıda itkin düşən məktəblilər tapılıblar.

"Qafqazinfo"nun vediyi xəbərə görə, uşaqlar gecə saatlarında tapılıblar. Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fəridə və Məhəmməd Zabrat qəsəbəsi ərazisində tapılıblar.

Təhlükəsiz Şəhər Xidmətinin kamera görüntülərinə baxış keçirilərək onların hərəkət istiqaməti müəyyən edilib. Məktəblilər valideynlərinə təhvil veriliblər.

Qeyd edək ki, beşinci sinif şagirdi olan bacı-qardaş 20 saylı məktəbədən çxıdıqdan sonra itkin düşmüşdülər.

---------
09:24

20 saylı məktəbin Fəridə və Məhəmməd adlı, hələlik soyadları dəqiq bilinməyən iki beşinci sinif şagirdi məktəbdən çıxıb naməlum istiqamətə gedib.

Day.Az bizimyol.info-ya istinadən bildirir ki, məktəbin rəhbərliyindən verilən xəbərdə bildirilir ki, uşaqları məktəbdən adətən babası götürürdü. Bu səbəbdən uşaqlar bu gün məktəbin servis xidmətindən istifadə etməyiblər. Sonradan bacı-qardaş naməlum istiqamətdə hərəkət ediblər.

Olay barədə Nərimanov Rayon Polis İdarəsinə xəbər verilib. Polis idarəsindən əldə edilən məlumata görə, uşaqların mobil telefonu "Nərimanov" metrosu yaxınlığında sönüb.

Bundan sonra onların hərəkət istiqamətini müəyyən etmək mümkün olmayıb. Polis əməkdaşları daha dəqiq məlumat əldə etmək üçün ərazidə qurulan təhlükəsizlik kameralarının yaddaşını araşdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.