https://news.day.az/azerinews/875335.html Əbülfəs Qarayev Almaniyada səfərdədir

Əbülfəs Qarayev Almaniyada səfərdədir

Azərbaycanca, 6 марта 2017 18:54 (UTC +04:00) 965
Əbülfəs Qarayev Almaniyada səfərdədir

Day.Az представляет новость на азербайджанском языке

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 8-12 mart tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir.

Day.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də sərginin açılış mərasimi, martın 8-də isə Azərbaycan stendinin açılışı baş tutacaq.

Səfər çərçivəsində Ə.Qarayev ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, İTB Berlin sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremer arasında görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Ə.Qarayevin həmçinin martın 8-də İTB Berlin sərgisi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirakı planlaşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости