"Azərbaycan "Bakı-2017"nin yüksək səviyyədə keçirilməsi üçün bütün işləri görür"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məsələlər vaxtında həll olunur, bu gün heç bir problem yoxdur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, İslam Həmrəyliyi İdman Federasiyasının Bakıda keçirilən 25-ci İcraedici kollegiya iclasında mühüm məsələlər müzakirə olundu.

A.Rəhimov qeyd edib ki, Azərbaycan bu Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işləri görür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.