https://news.day.az/azerinews/889509.html IV İslam Həmrəyliyi Oyunlarını bir milyarddan çox tamaşaçı izləyəcək

IV İslam Həmrəyliyi Oyunlarını bir milyarddan çox tamaşaçı izləyəcək

Azərbaycanca, 22 апреля 2017 22:47 (UTC +04:00) 1 185
IV İslam Həmrəyliyi Oyunlarını bir milyarddan çox tamaşaçı izləyəcək

Day.Az представляет новость на азербайджанском языке

IV İslam Həmrəyliyi Oyunları 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. Əllidən çox ölkədə yayımlanacaq yarışları ümumilikdə bir milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında məlumat verilib.

İclasda bildirilib ki, Oyunlarda 57 ölkəni təmsil edən üç mindən çox idmançının iştirakı nəzərdə tutulur. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости