"Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları kimi tədbirlərin keçirilməsi ölkəmizin hər zaman birincilərdən, öncüllərdən olduğunu göstərir".

Day.Az bildirir ki, bunu Trend-ə  Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova deyib.

G.Xəlilova qeyd edib ki, bu gün Azərbaycanı dünyada demək olar ki, hamı tanıyır: "Bu qürurvericidir. Azərbaycan üçün belə tədbirlərin önəmi böyükdür. Ölkədə bayram ab-havası, xeyli sayda turistin gəlməsi, milli irsimizin təbliği baxımından IV İslam Həmrəyliyi Oyunlarının böyük əhəmiyyəti var".

 

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.