https://news.day.az/azerinews/901404.html Musiqili Teatr sabah Lənkərana səfər edəcək Day.Az представляет новость на азербайджанском языке Azərbaycan Dövlət Musiqili Teatrı respublikamızın bölgələrinə və xarici ölkələrə səfərə hazırlaşır.

Musiqili Teatr sabah Lənkərana səfər edəcək

Azərbaycanca, 30 мая 2017 15:03 (UTC +04:00) 940
Musiqili Teatr sabah Lənkərana səfər edəcək

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Dövlət Musiqili Teatrı respublikamızın bölgələrinə və xarici ölkələrə səfərə hazırlaşır. Teatrın ölkəmizin dilbər guşələri ilə yanaşı, qardaş Türkiyə Cümhuriyyətinə Beynəlxalq "Dədə Qorqud" festivalına, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində isə İran İslam Respublikasına qastrol səfərləri planlaşdırılır.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Day.Az-a bildirib ki, bu silsilədən ilk tədbir 31 may tarixində Azərbaycanın cənub mirvarisi Lənkəran şəhərində baş tutacaq. Musiqili Teatrın kollektivi lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin "Hərənin öz ulduzu" iki hissəli musiqili komediyası ilə çıxış edəcək.

Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости