II Avropa Oyunlarının Koordinasiya Komissiyasının tərkibinə Azad Rəhimov da daxil edilib
Day.Az представляет новость на азербайджанском языке
2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının Koordinasiya Komissiyasının tərkibi açıqlanıb.
Day.Az Report-a istinadən xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) elan etdiyi üzvlər siyahısına yenə Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos başçılıq edir.
S.Kapralos "Bakı 2015" I Avropa Oyunlarında da eyni funksiyanı yerinə yetirib. Onun müavini Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Oyunları konsepsiyasının müəllifi Zlatko Matesadır. Ayrı-ayrı ölkələrin Milli Olimpiya komitələrindən komissiyaya üzv qismində Sergey Bubka (Ukrayna), Aleksandr Jukov (Rusiya), Alexandro Blanko (İspaniya), Dayna Qudzineviçyute (Litva), Andrjey Krasniçki (Polşa), Nils Niqard (Danimarka), Hasan Arat (Türkiyə), Mixael Vesper (Almaniya), Jan-Mişel Brön (Fransa), Liney Halldorsdottir (İslandiya), Corce Visaçki (Serbiya) və Jan Paterson (Böyük Britaniya) daxil edilib.
Eyni zamanda qitənin 6 növ - atletika, stolüstü tennis, velosiped idmanı, cüdo, badminton və kanoe üzrə federasiyalarının prezidentləri komissiyada yer alıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре