https://news.day.az/society/701749.html Bakıda qadın özünü hərəkətdə olan avtomobildən atdı

Bakıda qadın özünü hərəkətdə olan avtomobildən atdı

Общество, 29 сентября 2015 09:52 (UTC +04:00) 4 157
Bakıda qadın özünü hərəkətdə olan avtomobildən atdı

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.

APA-nın xəbərinə görə, Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən sərnişini, 24 yaşlı Rəvanə Ağayeva özünü maşından çölə atıb. 

Ağır bədən xəsarətləri alan Rəvanə Ağayevanı xəstəxanaya Cəbrayıl Cəbrayılov özü çatdırıb. Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Cəbrayıl Cəbrayılovun izahatı alınıb. Baş verən hadisənin səbəbləri Sabunçu rayon prokurorluğunda araşdırılacaq.

Rəvanə Ağayevanın avtomobildən yerə necə düşməsinin səbəbləri araşdırmaların sonunda bəlli olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости