https://news.day.az/society/726835.html Misir Mərdanovun qardaşının işdən çıxarılması təsdiqləndi

Misir Mərdanovun qardaşının işdən çıxarılması təsdiqləndi

Общество, 10 декабря 2015 14:35 (UTC +04:00) 1 036
Misir Mərdanovun qardaşının işdən çıxarılması təsdiqləndi

Day.Az представляет новость на азербайджанском языке

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib.

Trend-in məlumatına görə, İ.Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb. İ.Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости