Olimpiadada daha bir BİABIRÇILIQ - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Portuqaliyanın təhsil naziri Tyaqu Brandau Rodriges Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyro şəhərində qarət olunub.
Milli.Az Estadao-ya istinadən bildirir ki, 39 yaşlı T.Rodriges ölkə yığmasını dəstəkləmək üçün Olimpiadaya yollanmışdı.
Velosipedçilərin yarışına baxandan sonra otelə qayıdarkən şəhərin İpanema səmtindəki küçələrdən birində cinayətkar T.Rodrigesin qarşısını kəsib və onu bıçaqla hədələyib. Cinayətkar nazirin mobil telefonunu və bütün nağd pularını alandan sonra aradan çıxıb.
Olay zamanı nazirin referenti Rita Roke də orada olub.
Hadisənin şahidləri işə qarışıblar, cinayətkarı tutublar.
Qarətçi Rio-de-Janeyro şəhərinin sakini, 26 yaşlı Marsiu Luiş Brandaudur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре