https://news.day.az/azerinews/1708025.html Bu ərazimizə güclü qar yağdı - FOTO Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazi ağ örpəyə bürünüb. Day.Az APA-ya istinadən bildirir ki, ötən gündən qərb bölgəsində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Gecədən başlayaraq Ömər aşırımına qar yağıb.

Bu ərazimizə güclü qar yağdı - FOTO

Azərbaycanca, 17 ноября 2024 11:47 (UTC +04:00) 994
Bu ərazimizə güclü qar yağdı

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazi ağ örpəyə bürünüb.

Day.Az APA-ya istinadən bildirir ki, ötən gündən qərb bölgəsində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub.

Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır.

 

Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdə yerləşir.

  • Bu ərazimizə güclü qar yağdı
  • Bu ərazimizə güclü qar yağdı
  • Bu ərazimizə güclü qar yağdı
  • Bu ərazimizə güclü qar yağdı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости