Bir ünvana çatmaq üçün bir neçə avtobus: Sakinlər narazıdır - VİDEO
Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu və Neftçilər metrostansiyalarından Azadlıq metrostansiyasına birbaşa nəqliyyat xəttinin olmaması sərnişinlər üçün ciddi çətinlik yaradır. Sakinlər bildirirlər ki, bu istiqamətdə hərəkət etmək üçün bir neçə avtobus dəyişməli, yollarda saatlarla vaxt itirməli olurlar.
Day.Az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, marşrut çatışmazlığı təkcə vaxt itkisinə deyil, əlavə nəqliyyat xərclərinə də səbəb olur.
Xüsusilə tələbələr, işləyənlər və yaşlı insanlar bu vəziyyətdən daha çox əziyyət çəkirlər. Onlar Azadlıq metrostansiyasına birbaşa avtobus xəttinin açılmasını istəyirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ekspress marşrutların təşkili sərnişin axınının təhlili və toplanan məlumatlar əsasında həyata keçirilir. Sərnişinlərin hərəkət davranışlarına uyğun olaraq real vaxt rejimində qərarlar qəbul edilir və marşrut şəbəkəsində təkmilləşdirmələr aparılır.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре